NATO ölkələrinin qərargah rəisləri ABŞ və İran arasında baş verən hadisələri müzakirə edəcəklər


Dünya 06 Yan 2020 15:06:50 116 0

NATO ölkələrinin qərargah rəisləri ABŞ və İran arasında baş verən hadisələri müzakirə edəcəklər

NATO-nin yaydığı rəsmi görüş proqramında bu mövzu hələlik qeyd olunmayıb

© REUTERS / Thaier al-Sudani

İraqda vəziyyətin və ABŞ ilə İran arasındakı münasibətlərin gərginləşməsi NATO ölkələri baş qərargah rəislərinin yanvarın 14-də Brüsseldə keçiriləcək iclasında müzakirə ediləcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a Avropa ölkələrindən birinin NATO-dakı missiyasındakı diplomatik mənbə məlumat verib.

"İraqdakı vəziyyət və İranla münasibətlərin gərginləşməsi məsələləri şübhəsiz ki, NATO Hərbi Komitəsinin yanvarın 14-də Brüsseldə baş qərargah rəisləri səviyyəsində keçiriləcək iclasında nəzərdən keçiriləcək”, - mənbə bildirib.

Amma NATO-nin yaydığı rəsmi proqramda baş qərargah rəislərininbu mövzunu müzakirə edəcəkləri barədə məlumat əksini tapmayıb.