“Elə xanımlar seçirdim ki, …”


Şou-biznes 06 Yan 2020 14:40:00 199 0

“Elə xanımlar seçirdim ki, …”

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı xalq artisti Səməd Səmədov olub. Son.az xəbər verir ki, sənətçi duet ortaqları haqqında maraqlı açıqlamalar edib: "Özünü necə aparırsan apar, istər-istəməz duet ortaqları haqqında şayiələr olur. Nə etsən də danışan elə danışacaq. Fikir vermisinizsə, mənim duet ortaqlarım həmişə ailəli xanımlar olub. Ruhəngiz Allahverdiyeva ilə ailəvi dostluğumuz olub. Bəsti və Sevda xanımla da, həmçinin. Özümə elə xanımlar seçirdim ki, söz-söhbət olmasın".