Tokio birjasında yeni il indekslərin düşməsi ilə başlayıb


Dünya 06 Yan 2020 09:05:00 111 0

Tokio birjasında yeni il indekslərin düşməsi ilə başlayıb

Asiyanın ən nəhəng Tokio fond birjasında 2020-ci ilin fəaliyyəti kotirovkaların düşməsi ilə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, əməliyyatların birinci 5 dəqiqəsində "Nikkei" əsas indeksi 1,66 faiz düşərək 23 263,12 göstəricisinə enib. Dolların məzənnəsi isə 1,08 faiz zəifləyərək 107,96-107,96 ien-dollar göstəricisinə düşüb.

"Daiwa Securities" analitiklərinin fikrincə, Tokiodakı indekslər Amerika və Avropa bazarlarında, ABŞ-ın raket hücumu nəticəsində İran generalı Kassem Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasındakı münasibətlərin kəskin şəkildə kəskinləşməsindən yaranan enişinin davamı olaraq düşüb.