Maşını aşıran sürücü hadisə yerində öldü


Digərləri 04 Yan 2020 15:30:00 137 0

Maşını aşıran sürücü hadisə yerində öldü

Yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Şahin Cəfərov idarə etdiyi "VAZ-21099" markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla bağlı Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.