Polis Bakı sakinini döyən iki nəfəri saxladı


Digərləri 03 Yan 2020 18:14:00 135 0

Polis Bakı sakinini döyən iki nəfəri saxladı

Yanvarın 1-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində 2 nəfərin Bakı şəhər sakini D.Babayevi döyməsi barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Hüseynov və A.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.