Bakı-Moskva təyyarəsi Volqoqradda məcburi eniş edib


Digərləri 03 Yan 2020 17:26:40 157 0

Bakı-Moskva təyyarəsi Volqoqradda məcburi eniş edib

Rusiyanın "Aeroflot" aviakompaniyasının Bakı-Moskva marşrutu ilə hərəkət edən bir təyyarəsi cümə günü Volqoqrad hava limanına təcili eniş edib.

Bakı. Ləman Zeynalova - Rusiyanın "Aeroflot" aviakompaniyasının Bakı-Moskva marşrutu ilə hərəkət edən bir təyyarəsi cümə günü Volqoqrad hava limanına təcili eniş edib. Bu barədə Trend-ə Volqoqrad hava limanından məlumat verilib. Bildirilib ki, Bakı-Moskva marşrutu ilə hərəkət edən 1853 saylı "Aeroflot" reysi, 7:44-də (Volqoqrad vaxtı) sərnişinlərdən birinin halı pisləşməsi səbəbiylə Volqoqrad hava limanına təcili eniş edib.