“Naftalan” tankeri əsaslı təmir olunub


Digərləri 03 Yan 2020 17:04:00 134 0

“Naftalan” tankeri əsaslı təmir olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus "Naftalan" tankeri əsaslı təmir olunub.

QSC-dən Son.az-a verilən məlumata görə, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtəsi tam təmizlənərək rənglənib.

Baş mühərriklər təmir olunub, köməkçi mühərriklər isə yeniləri ilə əvəzlənib.

Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri aparılıb, yeni borular quraşdırılıb, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib.

Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.