Çində pnevmoniyanın naməlum forması yayılır


Dünya 03 Yan 2020 15:42:00 169 0

Çində pnevmoniyanın naməlum forması yayılır

Çində pnevmoniyanın naməlum növünə yoluxanların sayı 44-ə çatıb.

Çində pnevmoniyanın naməlum növünə yoluxanların sayı 44-ə çatıb.

"Report" TASS-a istinadla xəbər verir ki, ölkənin orta hissəsindəki Hubei əyalətinin paytaxtı Vuhan şəhərinin Səhiyyə Komitəsinin açıqlamasında 11 xəstənin vəziyyəti ağırdır. Həmçinin 121 nəfər həkim nəzarətindədir.

“Yoluxanların hamısı Vuhan şəhərinin səhiyyə müəssisələrində təcrid vəziyyətdə müalicə olunurlar. Hazırda yoluxanlarla yaxın təmasda olmuş 121 nəfər müəyyənləşdirilərək həkim nəzarətinə götürülüb. Hazırda yoluxanlarla yaxın təmasda olan başqa şəxslərin müəyyənləşdirilməsi davam etdirilir”,- qurumun açıqlamasında bildirilir.