MSK sədri: Bütün dairə seçki komissiyaları hər bir vətəndaşın müraciətinə cavab verməlidir


Digərləri 02 Yan 2020 15:02:00 124 0

MSK sədri: Bütün dairə seçki komissiyaları hər bir vətəndaşın müraciətinə cavab verməlidir

Azərbaycanda bütün dairə seçki komissiyaları parlament seçkilərində namizədliyini irəli sürmək istəyən hər bir vətəndaşın müraciətinə cavab verməlidir.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda bütün dairə seçki komissiyaları (DSK) parlament seçkilərində namizədliyini irəli sürmək istəyən hər bir vətəndaşın müraciətinə cavab verməlidir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi yanvarın 10-u saat 18:00-a kimi davam edəcək. Həmin tarixə qədər müraciət edən hər bir vətəndaşın müraciətinə baxılmalıdır. Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-na təyin edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin