Amerikalı aktrisa anasını qətlə yetirdi


Digərləri 02 Yan 2020 14:57:00 152 0

Amerikalı aktrisa anasını qətlə yetirdi

38 yaşlı amerikalı aktrisa Molli Fitsdjerald anası Patrisiya Fitsdjeraldın qətlində ittiham olunduğu üçün həbs edilib, "Hollywood Reporter" yazıb.  

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Oleyte şəhərinin tədqiqatlçıları güman edir ki, o, 68 yaşlı anasını elə onun evində bıçaqla qətlə yetirib. Molli özü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hücumun motivləri məlum deyil.

Qeyd edək ki, Molli Fitsdjerald 2011-ci ildə işıq üzü görən "Kapitan Amerika: Birinci qisasçı" filmində oynadığı epizodik rolla məşhurlaşıb.