Saatlıda maşın vuran piyada xəstəxanaya aparılarkən ölüb


Digərləri 02 Yan 2020 13:54:00 138 0

Saatlıda maşın vuran piyada xəstəxanaya aparılarkən ölüb

Saatlı rayon sakini M.Sarıyev “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Vüsal Əkbərovu vurub

Bakı. Yanvarın 1-də saat 7 radələrində Sabirabad şəhəri ərazisində Saatlı rayon sakini M.Sarıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Vüsal Əkbərovu vurub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.