Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində iştirak edib (FOTO)


Digərləri 30 Dek 2019 09:59:19 367 0

Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində iştirak edib (FOTO)

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Xəzər Universiteti - Sumqayıt Dünya məktəbində keçirilən "Elm Şənliyi" adlı sərgidə iştirak edib.

Bakı. Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Xəzər Universiteti - Sumqayıt Dünya məktəbində keçirilən "Elm Şənliyi" adlı sərgidə iştirak edib. Universitetdən Trend-ə verilən məlumata görə, sərgi şagirdlərin elmi potensialı və yaradıcılıq qabiliyyətlərini əks etdirmək məqsədi ilə təşkil olunub. ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayevanın rəhbərliyi ilə Sumqayıt Dünya məktəbində tədris olunan Çin dili kurslarının şagirdləri Çin dili və mədəniyyətini əks etdirən nümayişlər təqdim ediblər. Sərgidə iştirak edən Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı və digərləri ənənəvi Çin çay dəmləmə mərasimini izləyərək Çin çayını dadıblar.