Bu il 5000ə yaxın şəxs ali məktəbə müsabiqədənkənar qəbul olub


Digərləri 16 Dek 2019 17:34:00 97 0

Bu il 5000ə yaxın şəxs ali məktəbə müsabiqədənkənar qəbul olub

"Bu il subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə ali məktəbə müsabiqədənkənar qəbul olub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu il subbakalavr təhsil pilləsində təhsil alan tələbələrin öz ixtisaslarına uyğun olaraq müəyyən şərtlər çərçivəsində təhsilin növbəti pilləsinə müsabiqədənkənar təhsil almaq imkanları təsbit edilib. Qanunvericiliyə edilmiş bu dəyişiklik ilk dəfə 2019-2020-ci ildə tətbiq edilməyə başlayıb: