Məscidlər özəl torpaqda tikilsə də, özəl mülkiyyət ola bilməz


Digərləri 16 Dek 2019 14:14:00 121 0

Məscidlər özəl torpaqda tikilsə də, özəl mülkiyyət ola bilməz

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda bəzi məscidlərinin fəaliyyətinin dayandırılması məsələsinə aydınlıq gətirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, komitənin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib ki, müstəqilliyin ilk illərində bir sıra məbədlər, məscidlər uyğun olmayan ərazilərdə tikilib. Onun sözlərinə görə, bəzi məscidlər konkret olaraq təhlükəli zonalarda, bəziləri isə özəl torpaqlarda tikilib.

S.Heydərov vurğulayıb ki, məscidlər özəl torpaqda tikilsə də, özəl mülkiyyət ola bilməz.

Onun sözlərinə görə, bəzi məscidlər belə problem yaratdığına görə özəl torpaqlarda tikilən məscidlərlə bağlı o ərazinin sahiblərinə tövsiyə edilib ki, həmin torpaqlar məbədlərlə birgə bələdiyyələrin balansına verilməsin və özəl mülkiyyətdən çıxarılsın:

"Bu məsələdə qanunvericiliyin tələblərinə riayət olunacaq. Bəzi məscidlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da bununla bağlıdır".