61 yaşlı Madonna 26 yaşlı sevgilisi ilə gündəmdə


Digərləri 16 Dek 2019 10:14:00 188 0

61 yaşlı Madonna 26 yaşlı sevgilisi ilə gündəmdə

Sosial şəbəkələrdə 61 yaşlı super ulduz Madonnanın pərəstişkarları ifaçının yeni sevgilisi - 26 yaşlı rəqqas Əhlamalik Uilyamsı müzakirə edirlər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mayamidə otelin eyvanında gənc rəqqasla qucaqlaşaraq görütülənən pop musiqisinin kraliçası fanatlarını şoka salıb. Cütlük münasibətdə olduqlarını açıq-aşkar bəyan etməsələr də, ulduzun fanatları onun gənc rəqqasla eşq yaşadığından əmindir.

Məlumdur ki, Əhlamalik Madonnanı onun ABŞ-da "Madame X" turu çərçivəsində verdiyi bütün konsertlərdə müşayiət edir.