Əfqanıstanda silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib, ölənlər var


Dünya 15 Dek 2019 22:04:22 115 0

Əfqanıstanda silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib, ölənlər var

​Əfqanıstanda silahlıların hücumu zamanı üç polis əməkdaşı həlak olub

Əfqanıstanda silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə yerli 1TV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Herat əyalətinineyniadlı paytaxtındaqeydə alınıb. Hücum zamanı hüquq-mühafizə orqanlarının üç əməkdaşı öldürülüb.

Qeyd edilir ki, silahlılarla atışma zamanı hücum edənlərdən ikisi zərərsizləşdirilib.