Türkiyə Silahlı Qüvvələri yeni nəsil kamikadze dronlarını alacaq


Digərləri 15 Dek 2019 16:02:33 137 0

Türkiyə Silahlı Qüvvələri yeni nəsil kamikadze dronlarını alacaq

Yüzlərlə kamikaze dronları Türkiyə təhlükəsizlik qüvvələrinin silahlanmasına daxil olacaq

Bakı. Yüzlərlə kamikadze dronları Türkiyə təhlükəsizlik qüvvələrinin silahlanmasına daxil olacaq. Trend-in məlumatına görə, bu dronlar hədəfi dərhal aşkarlamaq, izləmək və məhv etmək qabiliyyətini təmin edəcəkdir. Bildirilib ki, Türkiyə Müdafiə Sənayəsi ilə "STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş" şirkəti arasında mini dronların tədarükü ilə bağlı müqavilə imzalanıb. Həmin şirkət sistem mühəndisliyi, texniki dəstək, layihə rəhbərliyi, texnologiya ötürülməsi və logistika xidmətlərini göstərir.