Qubada yük maşını aşdı, yol bağlandı


Digərləri 15 Dek 2019 15:14:00 182 0

Qubada yük maşını aşdı, yol bağlandı

Quba rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiya vətəndaşına məxsus alma daşıyan TIR yolun dairəvi hissəsinə çıxıb. Xəsarət alan sürücü Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev və polis gəlib.

Avtomobilə ciddi ziyan dəyib. Qəza səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Son.az