Hamilə həyat yoldaşına kimsə yer vermədiyi üçün qəribə addım atdı


Dünya 15 Dek 2019 13:42:00 160 0

Hamilə həyat yoldaşına kimsə yer vermədiyi üçün qəribə addım atdı

Hamilə həyat yoldaşını xəstəxanaya aparan və kimsənin ona yer vermədiyini görən kişi ətrafdakıları təəccübləndirəcək addım atıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə Çində xəstəxanaların birində baş verib. Hamilə həyat yoldaşını həkim müayinəsinə gətirən kişi onun saatlarla ayaq üstdə qalmasına razı olmayaraq yerə əyləşib və qadını kürəyində otuzdurub.

Xəstəxananın dəhlizində əyləşən və bunları izləyən şəxslər isə sadəcə olaraq təəccübləndiklərini büruzə veriblər. Xəstəxananın kameralarında qeydə alınan bu görüntü orada çalışan polislər tərəfindən yayımlanıb. Video qısa müddətdə 7 milyon dəfə izlənilib.