Bakıda gənc oğlan relslərin üzərinə yıxılıb
Digərləri 15 Dek 2019 13:29:41 130 0
Bakıda metroda gənc oğlan relslərin üzərinə yıxılıb
Bakı. Samir Əli -
Bakıda metroda gənc oğlan relslərin üzərinə yıxılıb.
Trend-in məlumatına görə, hadisə metronun "Azadlıq prospekti" stansiyasında baş verib. 1999-cu il təvəllüdlü oğlan müvazinətini itirərək stansiya yoluna yıxılıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə səhər saat 08:33 radələrində baş verib:
"1999-cu il təvəllüdlü O.E adlı oğlan anidən stansiya yoluna yıxılıb. Dərhal xətlərdəki gərginlik dayandırılıb. Sərnişin stansiya yolundan çıxarılıb. Əməkdaşlar təcili tibbi yardım çağırıb. Gənc həkimlərə epilepsiya xəstəsi olduğunu deyib. İlkin yardım göstərildikdən sonra, gənc sərnişin özünü yaxşı hiss etdiyini deyib və yoluna davam edib".
Mənbə: az.trend.az