"Facebook" tarixində görünməmiş oğurluq baş verib


Digərləri 15 Dek 2019 10:29:00 162 0

"Facebook" tarixində görünməmiş oğurluq baş verib

"Facebook" şirkətinin 29 min əməkdaşının bank və digər şəxsi məlumatları saxlanılan sərt disklər oğurlanıb.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, sərt disklər şirkətin əməkdaşlarından birinin avtomobilindən oğurlanıb.

Agentlik bildirir ki, şifrə edilməmiş sərt disklərdə əməkdaşların adları, onların bank hesablarının nömrələri, sosial sığorta nömrələrinin son dörd rəqəmi, eləcə də maaşları və bonuslar haqqında məlumatlar olub.

Məlumatları oğurlanmış əməkdaşların şirkətdə 2018-ci ildə çalışdığı bildirilir.