Beyrutda 50dən çox nümayişçi xəsarət alıb


Dünya 15 Dek 2019 09:29:00 105 0

Beyrutda 50dən çox nümayişçi xəsarət alıb

Livanın paytaxtında daxili təhlükəsizlik qüvvələri və hərbiçilərlə iğtişaşlar zamanı 54 nümayişçi xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, onlarla insan xəstəxanalara yerləşdirilib. Livanın DİN-i 20 nəfər polisin, o cümlədən üç nəfər polis zabitinin yaralandığını bildirir. İğtişaşçılar polis qüvvələrinə daş yağdırıblar. Polis isə öz növbəsində gözyaşardıcı qazdan istifadə edib.

Ciddi qarşıdurma dekabrın 14-ü axşam saatlarında, bir qrup nümayişçinin parlament binasına daxil olmaq cəhdlərindən sonra başlayıb. İğtişaşlar bir neçə saat davam edib. Nümayişçilərə qoşulmaq üçün Livanın digər ərazilərindən də Beyruta çoxsaylı etirazçılar gəlib.