Beyrutda 50-dən çox nümayişçi xəsarət alıb


Digərləri 15 Dek 2019 09:06:47 112 0

Beyrutda 50-dən çox nümayişçi xəsarət alıb

Livanın paytaxtında daxili təhlükəsizlik qüvvələri və hərbiçilərlə iğtişaşlar zamanı 54 nümayişçi xəsarət alıb

Bakı. Livanın paytaxtında daxili təhlükəsizlik qüvvələri və hərbiçilərlə iğtişaşlar zamanı 54 nümayişçi xəsarət alıb. Trend-in məlumatına görə, onlarla insan xəstəxanalara yerləşdirilib. Livanın DİN-i 20 nəfər polisin, o cümlədən üç nəfər polis zabitinin yaralandığını bildirir. İğtişaşçılar polis qüvvələrinə daş yağdırıblar. Polis isə öz növbəsində gözyaşardıcı qazdan istifadə edib. Ciddi qarşıdurma dekabrın 14-ü axşam saatlarında, bir qrup nümayişçinin parlament binasına daxil olmaq cəhdlərindən sonra başlayıb. İğtişaşlar bir neçə saat davam edib. Nümayişçilərə qoşulmaq üçün Livanın digər ərazilərindən də Beyruta çoxsaylı etirazçılar gəlib.