Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva növbəti “Zima2019” Beynəlxalq Uşaq Festivalının qalakonsertində iştirak edib FOTO


Digərləri 14 Dek 2019 23:19:00 143 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva növbəti “Zima2019” Beynəlxalq Uşaq Festivalının qalakonsertində iştirak edib  FOTO

Dekabrın 14-də Heydər Əliyev Sarayında "Beat Group" şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti "Zima-2019" Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib.

Konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu il festivalda iştirak etmək üçün 110 uşaq müraciət edib və təşkilat komitəsi onların arasından 20 ən yaxşı ifaçını seçib. Tədbirin aparıcıları əvvəlki festivallardan da yaxşı tanıdığımız gənc artistlər Rüfət Məmmədov və Suel Heybətova olublar.

Konsertdən əvvəl iştirakçılar qırmızı xalının üzərindən keçiblər və festivalla bağlı təəssüratlarını bölüşüblər. "Səs. Uşaqlar" şousunun altıncı mövsümünün qalibi Ərcan Maksim "Zima" festivalının yüksək səviyyədə təşkilindən heyranlığını ifadə edib, Bakıya gəlmək və Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək imkanı yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib. Festivalın aparıcısı Rüfət Məmmədov iştirakçıların hamısına uğurlar arzulayaraq deyib ki, tamaşaçıları maraqlı çıxışlar gözləyir. "Zima" festivalı sayəsində çoxlu yeni dostlar tapmaq olar", - deyə o vurğulayıb.

Sonra maraqlı konsert proqramı başlayıb. Xalq artisti Aygün Kazımova və Cəlal Bəşirli birlikdə "Qara gözlər" mahnısını ifa ediblər. Əməkdar artist Sevda Ələkbərzadə isə Fəxriyyə Əliyeva ilə səhnəni paylaşaraq "Qal sənə qurban" mahnısını təqdim ediblər.