"Sarı jiletlilər" dayanmır:


Dünya 14 Dek 2019 23:16:00 134 0

"Sarı jiletlilər" dayanmır:

Fransada Emmanuel Makron hakimiyyətinə və benzinin bahalaşmasına qarşı keçirilən "Sarı jiletlilər" aksiyası 57-ci həftəsinə qədəm qoyub.

Son.az axar.az-a istinadən bildirir ki,Paris küçələrində keçirilən etirazlarda təxminən 300 nəfər iştirak edib. Etirazçılardan biri polis tərəfindən saxlanılıb.

Etirazlar paralel olaraq ölkənin Nant və digər şəhərlərində də keçirilib.

Polis paytaxtın vacib simvollarından olan Şanzelize bulvarı, Notr-Dam kilsəsi, parlament və Yelisey sarayı ətrafında etirazlara qadağa qoyub.