Soyuqdəymə zamanı bu qidalardan uzaq durun


Digərləri 14 Dek 2019 20:33:00 107 0

Soyuqdəymə zamanı bu qidalardan uzaq durun

Xəstəliyin qarşısını almaq üçün yeməli olduğumuz qidalarla çoxlarımız tanışıq . Ancaq soyuqdəymə zamanı hansı qidalardan çəkinəcəyimizi bilmirik. Türkiyəli diyetoloq Aslıhan Altuntaş, soyuqda hansı qidalardan qaçmaq lazım olduğunu sadalayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, onun sözlərinə görə soyuqdəymə zamanı histamin artıran qidalardan uzaq durmaq lazımdır. Histamin orqanizmdə müxtəlik allergik reaksiyalar yaradan maddədir. Histamin dəridə ortaya çıxdıqda qaşıntı, ağciyərlərdə ortaya çıxdıqda bronx daralması, bütün bədəndə ortaya çıxdıqda allergiya şoku (anofilaktik şok) yarada bilər.

Köhnə pendir Belə pendir histamin artıran qidalardan biridir. Xəstəliklərin qarşısını almaq üçün histamin artıran qidalardan qaçmaq lazımdır. Köhnə pendirlər yüksək dərəcədə histamin tərkibinə malikdir. Yeni və pasterizə edilmiş pendirlərə üstünlük vermək lazımdır.

Şokolad Histamin ifrazını artıran qidalardan biri də şokoladdır. Tərkibindəki şəkər səbəbiylə allergiya və soyuqdəymə hallarında xüsusilə uzaq durmaq lazımdır.