Bu robot astronavtların hisslərini aşkarlayacaq


Digərləri 14 Dek 2019 20:10:00 109 0

Bu robot astronavtların hisslərini aşkarlayacaq

Filmlərdə görməyə alışdığımız duyğuları qavraya bilən robotlar artıq həqiqət oldu.

Son.az ted.az-a istinadən bildirir ki, CNN Internationalda yayımlanan xəbərə görə Beynəlxalq Kosmik Stansiyada (ISS) emosiya hissedici kameralar və səs detektorlarına sahib ağıllı robotlar işə başlayıb.

CIMON 2 (Mobil Crew Accompaniment 2) şirkətinin baş developeri Matthias Biniok bildirib ki, layihənin məqsədi kosmosda bir yoldaşa sahib olmaqdır.

ISS-də fəaliyyət göstərən kosmonavtın kədərli, hirsli və ya şən olduğunu anlaya bilən "CIMON 2" gələcəkdə ediləcək uzunmüddətli kosmik səyahətlərdə əsas rol oynayacaq.