İslamı qəbul edən dünya ULDUZLARI


Digərləri 14 Dek 2019 17:14:00 127 0

İslamı qəbul edən dünya ULDUZLARI

İslam, dünyanın ən sonuncu, eyni zamanda mükəmməl dinlərindən biri hesab olunur. Hazırda 1,8 milyarddan çox insan var ki, bu dinə inanaraq, onun bütün vacib əməllərini yerinə yetirir. Bu dinin gözəlliyidir ki, artıq müasir dünyada insanlar dinlərini dəyişərək, İslam dininə pənah gətirirlər. Dinini dəyişənlər arasında təkcə adi insanlar yox, eyni zamanda dünya ulduzları da yer almaqdadır.

Son.az Modern.az-a istinadən İslam dinini qəbul edən dünya ulduzlarının adlarını təqdim edir:

1. İslamı qəbul edən məşhurlardan biri də Hollivud ulduzu Uil Smitdir. Aktyor filmdə Məhəmməd Əlini canlandırdıqdan sonra belə bir qərar qəbul edib. Hollivud ulduzu İslam dinini qəbul etməkdə heç də peşman olmadığını bildirib.

2. Dəb ikonası, beynəlxalq hüquq üzrə mütəxəssis və Corc Klunini evlənməyə, hətta ata olmağa razı salmış qadın Amal Kluni İslam dininə sitayiş edir. Əkiz övlad gözləyən Amalın övladlarını hansı dinə yönəldəcəyi böyük maraq doğurur.

3. Fransanın məşhur əlcəzairli futbolçusu Zinəddin Zidan da İslam dinini qəbul edən məşhurlardan biridir. Əlcəzair əsilli müsəlman idmançı Fransanın ən sevimli futbol ulduzudur. "Mən Əlinin nökəriyəm"  deyən Zidan İslam dinini qəbul etməkdə heç zaman utanmadığını vurğulayıb. Məşhur futbolçu  Ronaldo kimi BMT-nin Sülhməramlı səfiridir. Xeyriyyəçiliklə məşğuldur, leykodistrofiyalı uşaqlara yardım təşkilatları ilə əməkdaşlıq edir. Hazırda Madrid şəhərində yaşayır.

4. Məşhur Survivor yarışmasının iştirakçısı, model "Kainat gözəli"seçilən Almeda Abazi də müsəlmanlığı qəbul edib. Əslən Albaniyadan olan model öz dininə sadiq qalmadığını da söyləyib. Qeyd edək ki, Almeda Albazi türkiyəli məşhur aktyor Tolgahan Sayışmanla 2017- ci ildə ailə həyatı qurub. Hazırda Türkiyədə yaşayır.

5. Əsl adı Frederick Russell Jones olan məşhur Amerikalı pianoçu, cazmen İslam dinini qəbul etdikdən sonra adını dəyişərək Əhməd Camal qoyur. Hər kəs onu Ahmad Jamal deyə tanıyır.