Hələ də hər şey kəşf edilməyib:


Dünya 14 Dek 2019 16:29:00 134 0

Hələ də hər şey kəşf edilməyib:

Rusiyanın Qara dəniz donanmasına məxsus "Donuzlav" hidroqraf gəmisinin ekipajı Qırmızı dənizdə dörd naməlum quru parçasını aşkar edib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın Cənub Hərbi Dairəsinin saytında yerləşdirilib.

Adaların kəşfi 99 günlük ekspedisiya çərçivəsində baş tutub. Ekspedisiya zamanı dənizçilər 5,5 min dəniz milindən çox məsafəni qət ediblər, eləcə də Qara, Aralıq və Qırmızı dənizlərdə sahəsi təxminən 7 min kvadrat kilometr olan akvatoriyanı tədqiq ediblər.