Rusiya və Yaponiya Ayda işləmək üçün robot yaradır


Digərləri 14 Dek 2019 12:14:00 120 0

Rusiya və Yaponiya Ayda işləmək üçün robot yaradır

Rusiyanın elm istehsalat birliyi "Androidnaya texnika" yaponiyalı həmkarları "GITAI" ilə birgə Ay səthində fəaliyyət göstərmək üçün robot yaratmağı planlaşdırırlar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə şirkətin icraçı direktoru Yevgeni Dudorov məlumat verib.

"Yaponiyalı həmkarlarımız bizimlə eyni istiqamət üzrə düşünürlər: bu, yaxın və uzaq kosmosun mənimsənilməsi üçün robot texnikası komplekslərinin plana uyğun inkişafıdır. Onlar və biz, ilkin məqsəd olaraq, Ayda işləmək və faydalı funksiyaları yerinə yetirmək üçün sözügedən kompleksləri yaradırıq", - Yevgeni Dudorov bildirib.