Honkonqda iğtişaşlar zamanı baş verən ölümlə bağlı 5 nəfər həbs olunub


Dünya 14 Dek 2019 10:58:17 180 0

Honkonqda iğtişaşlar zamanı baş verən ölümlə bağlı 5 nəfər həbs olunub

Honkonqda hökumətə qarşı etiraz iştirakçıları ilə sakinlər arasında baş verən toqquşma zamanı bir ahıl kişinin ölməsi ilə bağlı ötən gün 5 gənc həbs edilib.

Honkonqda hökumətə qarşı etiraz iştirakçıları ilə sakinlər arasında baş verən toqquşma zamanı bir ahıl kişinin ölməsi ilə bağlı ötən gün 5 gənchəbs edilib.

“Report” AFP-ə istinadən xəbər verir ki, polisin bu gün yaydığı açıqlamaya görə, aralarında 3 oğlan və 2 qız olan 15-18 yaşlarındakı gənc baş verən toqquşma zamanı 70 yaşlı kişinin ölməsi ilə bağlı aparılan təhqiqat çərçivəsində qətl, yaralama və iğtişaşlarda iştirak etmək şübhəsilə saxlanlılblar.

SCMP xəbər verir ki, noyabr ayının 13-də şəhərin kənar bir məhəlləsində yerli sakinlər nümayişçilərin küçəyə tökdüyü kərpicləri yığışdırdığı zaman 20-dək qara örtüklü hökumət əleyhdarı onlara hücum edib. Tərəflər bir-birinə kərpic atarkən bunu çəkən 70 yaşlı Luo Çanqginq baş nahiyəsinə kərpic dəyib.Yaralı xəstəxanaya çatdırılsa da, ertəsi gün dünyasını dəyişib.

Bu həftə polis həmin ahılı kimin öldürdüyü barədəməlumat verəcək şəxsə 102 min ABŞ dolları məbləğində mükafat vəd etmişdi.