29 min "Facebook" əməkdaşının məlumatları oğurlanıb


Digərləri 14 Dek 2019 08:46:12 106 0

29 min "Facebook" əməkdaşının məlumatları oğurlanıb

2018-ci ildə "Facebook" şirkətində işləyən 29 min şəxsin bank və digər şəxsi məlumatlarının olduğu sərt disklər sosial şəbəkənin əməkdaşının avtomobilindən oğurlanıb

Bakı. 2018-ci ildə "Facebook" şirkətində işləyən 29 min şəxsin bank və digər şəxsi məlumatlarının olduğu sərt disklər sosial şəbəkənin əməkdaşının avtomobilindən oğurlanıb. Trend-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, şifrlənməmiş sərt disklərdə işçilərin adları, bank hesablarının nömrələri, sosial təminat nömrələrinin son dörd rəqəmləri, maaş və bonuslar haqqında məlumatlar olub. Bildirilir ki, oğurlanan sərt disklərdə istifadəçilər haqqında məlumatlar olmayıb.