Humanitar təşkilatın 4 üzvü öldürülüb


Digərləri 14 Dek 2019 07:21:00 133 0

Humanitar təşkilatın 4 üzvü öldürülüb

Nigeriyanın şimal-şərqində iyul ayında girov götürülmüş "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının 4 üzvü öldürülüb

Bakı. Nigeriyanın şimal-şərqində iyul ayında girov götürülmüş "Aclığa qarşı hərəkat" qeyri-hökümət humanitar təşkilatının 4 üzvü öldürülüb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir. Məlumatda deyilir: "Aclığa qarşı hərəkat" qəti şəkildə bu dörd qətli qınayır və təşkilatın girovların sərbəst buraxılması ilə bağlı çağırışlarının dinlənilməməsindən təəssüflənir".