Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib


Dünya 14 Dek 2019 04:59:36 142 0

Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib

​Çilidə təyyarə qəzası ilə bağlı matəm elan edilib

Çili hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin Antarktida üzrə uçan "Hercules C-130" təyyarəsinin heyət üzvlərinin və sərnişinlərinin qəzaya uğraması ilə əlaqədar dekabrln 14-i və 15-ini ölkə matəm elan edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Hökumət ölkənin Hərbi Hava Qüvvələrinin "Hercules C-130" təyyarəsində olmuş 38 nəfərin xatirəsini yad etmək üçün ikigünlük matəmi elan edib", - deyə hökumətin mətbuat xidmətinin xəbərində bildirilir.

Qeyd edilir ki, həlak olanların əzizlərlərin həmrəylik əlaməti olaraq bütün ölkə üzrə bayraqlar endiriləcək.

Çilinin Hərbi Hava Qüvvələrlərinin komandanı Alberto Merino daha əvvəl bildirib ki, "Hercules C-130" təyyarəsinin qalıqları Dreyk boğazında tapılıb. "Hercules C-130 "təyyarəsi Punta-Arenas şəhərindən Çilinin Antarktidadadakı bazasına uçurmuş.