“Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olacaq


Digərləri 14 Dek 2019 03:49:39 145 0

“Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olacaq

“İrs” silsiləsi layihəsi uğurla davam edir.

Bakı. Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi uğurla davam edir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu seriyanın yeni nəşrləri olan “Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitabların təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimi 16 dekabr saat 16:00-da “JW Marriot” hotelinin “Şərq” zalında təşkil olunacaq.