Səs tutulmasından necə xilas olaq? TƏBİİ üsullar


Digərləri 13 Dek 2019 23:55:00 183 0

Səs tutulmasından necə xilas olaq?  TƏBİİ üsullar

Əsasən soyuq aylarda səs telləri iltihablaşır. Bu da insanın səsinin qismən yaxud da tam batması ilə nəticələnir. Bunun səbəbi boğaz və udlaq iltihabı, həm də bərk danışmaq ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, əgər faringit 2 həftədən uzun davam edərsə, səbəbi mütləq araşdırılmalıdır. Həkimlərin fikrinə görə, xəstəliyin ən çox rast gəlinən növü olan reflyuksdur. Bu, mədə tərkibindəki turşu və bənzəri həzm fermentlərinin qida borusuna düşməsi ilə ortaya çıxır və yemək borusunun üst hissəsindən keçərək boğaza təsir edir. Bu vəziyyətin səs tellərinə zərər verməsi xroniki faringitə səbəb olur. Xroniki faringit reflyuksdan başqa səs tellərindəki sinir zədələri, yaralar, poliplər və ya düyünlü zob kimi daha ciddi problemlərə bağlı olur.

Faringit çox zaman burun axması ilə müşahidə olunur . Xroniki faringit, sinusit , tonzilit dişlərin kariesi fonunda inkişaf edir. Siqaret çəkmək, spirtli içkilər, peşə zərərləri (toz, qaz) faringitin inkişafında xüsusi rola malkdir. Maddələr mübadiləsi xəstəlikləri, ürək-damar sistemində durğunluq, qanyaradıcı vəzlərin xəstəlikləri də faringit səbəbləri arasındadır.

Simptomlar:

-Udlağın selikli qişasının irinli ərplə örtülməsi

-Udlaq follikullarının parlaq qırmızı dənələr şəklini alması

-Dilin ödəmi, hiperemiyası

-Udlaqda quruluq

Faringitin diaqnozu xəstənin vəziyyəti və fiziki müayinə ilə qoyulur. Müayinədə iltihabı reaksiyanı görmək üçün qulaq, burun və boğazın müayinə edilməsi lazımdır. Səs problemləri standart müalicələrlə 2 həftə ərzində müalicə olunur.

Səs telləri zədələndikdə onu təbii yollarla müalicə edə bilərsiniz: