Hüceyrələri qoruyur, xərçənglə mübarizə aparır Qırmızı kələmin FAYDALARI


Digərləri 13 Dek 2019 23:25:00 149 0

Hüceyrələri qoruyur, xərçənglə mübarizə aparır  Qırmızı kələmin FAYDALARI

Adətən yaşıl kələm istifadə etdiyimiz üçün qırmızı kələmin faydalarından çoxumuz xəbərsizik.

Qırmızı kələm tam bir vitamin kompleksidir. Kələm A, B, E, C və s. vitaminlərlə yanaşı, həm də kalsium, kükürd, maqnezium, mis və dəmirlə də olduqca zəngindir. Həmçinin, qədim zamanlarda bəzi xəstəlikləri qırmızı kələmin vasitəsi ilə sağaldarmışlar. Qırmızı kələmin şirəsi daxili təmizləyir və dəridə olan bəzi xəstəlikləri aradan qaldırır.

ABŞ-ın "Healthline" şirkəti elmi məlumatlara əsasən qırmızı kələmin faydalarını tərtib etdi.

Son.az medicina.az-a istinadən həmin faydaları təqdim edir:

- Antioksidan kimi güclü komponentləri olan qırmızı kələm hüceyrələrin zədələnməsindən qorunmanı təmin edir.

-Bağırsaq iltihabı kimi bir çox iltihabların qarşısını alır. Bağırsaq qurdlarını məhv edir.

-Ürək sağlamlığını dəstəkləyir

-Sümüklərin möhkəmlənməsinə də kömək edir

-Bu tərəvəzin bəzi xərçəng növləri ilə mübarizədə təsirli olduğunu göstərir