Tramp: "Demokratlar impiçment prosedurunu bayağılaşdırırlar"


Dünya 13 Dek 2019 22:14:02 122 0

Tramp: "Demokratlar impiçment prosedurunu bayağılaşdırırlar"

​Tramp: "Demokratlar impiçment prosedurunu bayağılaşdırırlar"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokrat Partiyasının tərəfdarları impiçment prosedurunu bayağılaşdırırlar.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu fırıldaqçılıqdır. Bu elə şeydir ki, ona yol vermək olmaz. Bu, bizim ölkəmiz üçün çox pisdir. Siz impiçmenti bayağılaşdırırsınız. Budur sizə deyirəm: bir dəfə burada demokrat prezident olacaq və palata (Nümayəndələr) respublikaçılardan ibarət olacaq. Şübhələnirəm ki, onlar bunu xatırlayacaqlar", - deyə o, Ağ Evdə Paraqvay prezidenti ilə danışıqların başlanmasından əvvəl deyib.

"Bu, çoxdan çox başlanmış yalandır", - Tramp əlavə edib.

Cümə günü ABŞ Nümayəndələr Palatasının Məhkəmə komitəsi Trampın impiçmentinin iki maddəsini təsdiq edib. Bu maddələr hakimiyyətdən sui-istifadə və qanunvericilərin işinə mane olmaqdan ibarətdir. Maddələrin lehinə 23Konqres üzvü (demokratlar) səs veriblər. Konqresin 17 üzvü (respublikaçılar) ona qarşı çıxıb. Növbəti səsvermə palatanın bütün tərkibinin iştirakı ilə, növbəti həftəyə planlaşdırılıb.