Boşanmaq istəyən arvadını poçta çağırıb öldürdü


Dünya 13 Dek 2019 19:29:00 141 0

Boşanmaq istəyən arvadını poçta çağırıb öldürdü

Türkiyənin Bursa şəhərində arvadını poçta çağıraraq, aldadıb öldürən şəxsin məhkəməsi olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Osmanqazi rayonunda Əli Canıtez boşanma ərəfəsində olduğu arvadı Aynur Canıtezi poçta çağıraraq öldürüb.

Belə ki, adına bağlama gəlməsi ilə bağlı xəbər alan Aynur poçta gedib.

Poçt məntəqəsinda adına bağlama gəlmədiyini öyrəndiyi zaman əri Əli içəri daxil olaraq, odlu silahla onu güllələyib.

Nəticədə, qadın hadisə yerində ölüb.