Almaniya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)


Digərləri 13 Dek 2019 19:16:08 109 0

Almaniya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Nazir Azərbaycan və Almaniya arasında, bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişaf etdiyini bildirərək indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr haqqında məlumat verən nazir Almaniya tərəfini birgə əməkdaşlıqda fəal olmağa dəvət edib. Ə.Qarayev müasir incəsənət, teatr, musiqi sahələrində qarşılıqlı mübadilənin həyata keçirilməsinin bu əməkdaşlığa əhəmiyyətli təsirini diqqətə çatdırıb.