“Bizim supermarket”də ŞOK “Kərə yağı” adı altında görün nə aşkarlandı


Digərləri 13 Dek 2019 19:09:00 150 0

“Bizim supermarket”də ŞOK  “Kərə yağı” adı altında görün nə aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Daxil olan məlumat əsasında AQTA əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 154 A ünvanında fəaliyyət göstərən "Bizim supermarket"də yoxlama keçiriblər. Yoxlama zamanı soyuducu vitrində olan "Uzun Ömür" əmtəə nişanlı "İvanovka" yağ məhsulunun etiket məlumatında bitki spred yağı yazılmasına baxmayaraq satış vitrinində "kərə yağı" adı altında satışının həyata keçirildiyi və kassa çekində də faktın öz təsdiqini tapdığı müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb.