“Çox dua etdim ki...”


Şou-biznes 13 Dek 2019 17:39:00 147 0

“Çox dua etdim ki...”

"Mən Röyanı Zamiqə qısqanmıram. Şəxsi münasibətlərimizin başqasına aiddiyyəti yoxdur. Əgər Zamiqlə münasibətim yoxdursa, Röyaya deyim, Zamiqlə şəkil paylaşma? O da insandır. Sevilir, özünəməxsus həyat tərzi var. Heç kimlə düşmənçiliyim yoxdur".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov "Show News"un suallarını cavablandırarkən küsülü olduğu həmkarı Zamiq Hüseynov haqda deyib.

Sənətçi bildirib ki, Zamiqin ata olma xəbəri onu sevindirib:

"Münasibətdə müəyyən problemlər var, bəlkə, zamanı gələr dəyişilər. Görüşəndə "salam-sağ ol" edirik. Dəfələrlə məclislərdə səhnəyə çıxanda bir-birimizi elan edirik. Elə məclislər olub ki, eyni masada da əyləşmişik. Uğurlarına sevinirəm. Mən də atayam, çox sevindim. Çox dua etdim ki, salamat böyüsün, valideynlərinə layiqli övlad olsun. Üz-üzə gəlsək, təbrik edərəm".