Almaniyada yaşayış binasında partlayış


Dünya 13 Dek 2019 17:29:00 153 0

Almaniyada yaşayış binasında partlayış

Almaniyanın Blankenburq şəhərində beşmərtəbəli yaşayış binasında güclü partlayış nəticəsində 1 nəfər həlak olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, daha 25 nəfər xəsarət alıb. 

Hadisə bu gün saat 08:55-də baş verib.

İlkin məlumatlara görə, evdə məişət qazı partlayıb.