Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb


Digərləri 13 Dek 2019 14:55:13 121 0

Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorlar üçün iştirakçıların seçiminə başlayıb.

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorlar üçün iştirakçıların seçiminə başlayıb. KOBİA-dan Trend-ə verilən məlumata görə, bu məqsədlə keçirilən müsabiqədə Quba-Xaçmaz və Aran iqtisadi rayonlarına daxil olan şəhər və rayonlarda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqəyə sənədlərin qəbulu 25 dekabr 2019-cu il tarixinədək aparılacaqdır. Sənəd qəbulu başa çatdıqdan sonra namizədlərin qiymətləndirilməsi üçün müsahibə keçiriləcək. Nəticədə gənclər, qadınlar və sosialyönümlü layihələr üzrə rezidentlərin üç qrupu formalaşdırılacaqdır. Müsabiqə ilə bağlı ətraflı məlumatı KOBİA-dan, eləcə də Agentliyin Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB dostlarından əldə etmək olar: http://smb.gov.az/news/kobia-biznes-inkubatorlar-ucun-istirakcilarin-secilmsin-baslayib