Vəkillər məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkili layihəsinə könüllü olaraq qoşulacaqlar - Anar Bağırov


Digərləri 13 Dek 2019 13:44:00 134 0

Vəkillər məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkili layihəsinə könüllü olaraq qoşulacaqlar - Anar Bağırov

Vəkillər məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkili layihəsinə könüllü olaraq qoşulacaqlar.

Bakı. İlhamə İsabalayeva - Vəkillər məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkili layihəsinə könüllü olaraq qoşulacaqlar. Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumun imzalanması mərasimində deyib. Onun sözlərinə görə, memorandum çərçivəsində Vəkillər Kollegiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT ilə birgə bir sıra silsilə tədbirlərin görülməsi nəzərdə tutulur. Bu tədbirlər vəkillərin bu sahədə biliklərinin artırılması, vəkillərin məişət zorakılığı qurbanlarına hüquqi yardımın göstərilməsi üzrə xüsusi təlimlərin, treninqlərin təşkilidir: "Vəkillər Kollegiyası olaraq, bu məsələ ilə bağlı vəkillər arasında seçim keçirəcəyik. Vəkillər könüllülük əsasında bu layihəyə qoşulacaqlar və beləliklə, bu sahədə ixtisaslaşmış vəkillərlə fəaliyyət göstərəcəklər. Beləliklə, respublikada məişət zorakılığından zərərçəkmiş şəxslərə daha da keyfiyyətli hüquqi yardım göstəriləcək". Vəkillərin həm də psixoloq olmasını vacib sayan A.Bağırov əlavə edib ki, vəkillər qurbanların, zərərçəkmiş şəxslərin hisslərini daha yaxından duymalıdırlar. Hesab edirim ki, vəkillər bu sahədə daha da dərin biliklərə nail olmalıdırlar: