Pakistanda yol qəzasında 15 nəfər ölüb


Dünya 13 Dek 2019 13:01:43 137 0

Pakistanda yol qəzasında 15 nəfər ölüb

Sərnişin avtobusu ilə yanacaq daşıyan maşının toqquşması nəticəsində avtobusdakı bütün sərnişinlər ölüb

Pakistanın Bəlucistan vilayətində sərnişin avtobusu ilə yanacaq daşıyan maşının toqquşması nəticəsində azı 15 nəfər ölüb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, toqquşma nəticəsində hər iki avtomobil yoldan çıxaraq xəndəyə düşüb, yanğın baş verib.

Avtobusdakı sərnişinlərin hamısıdünyasını dəyişib.

Hələlik ölənlərin kimliyi müəyyənləşdirilməyib.

Bəlucistanın baş naziri Cam Kamal hadisə ilə əlaqədar hərtərəfli araşdırma aparılması üçüntapşırıq verib.