"Tarqovı"da insanlara bıçaqla hücum edən şəxslərin kimliyi məlum oldu


Digərləri 13 Dek 2019 12:28:12 163 0

"Tarqovı"da insanlara bıçaqla hücum edən şəxslərin kimliyi məlum oldu

Ötən gecə Səbail rayonunda iki nəfər şəxsin insanlara qarşı bıçaqla hücum çəkən şəxslər saxlanılıb.

Bakı. Ceyhun Ələkbərov - Ötən gecə Səbail rayonunda iki nəfər şəxsin insanlara qarşı bıçaqla hücum çəkən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onlar Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədovdurlar: Dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərmişdir. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.