Pakistanda universitetdə atışma:


Dünya 13 Dek 2019 11:59:00 120 0

Pakistanda universitetdə atışma:

Pakistanın paytaxtı İslamabadda Beynəlxalq İslam Universitetində tələbələr arasında silahlı atışma olub.

Nəticədə, bir tələbə ölüb, 13-ü isə yaralanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, iki qrup tələbə arasında səhnədə çıxış etməklə bağlı münaqişə yaranıb.

Universitet rəhbərliyinin müdaxiləsindən sonra tələbələri ayırmaq mümkün olub. Daha sonra onlar silahlanıb gəliblər və aralarında atışma baş verib.