Şəkidə keçmiş məhkum yenidən cinayət törətdi - Qadına qarşı


Digərləri 13 Dek 2019 11:15:00 109 0

Şəkidə keçmiş məhkum yenidən cinayət törətdi - Qadına qarşı

Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb

Bakı. Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, əvvəllər məhkum olunmuş və hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub. Faktla bağlı araşdırma aparılır.