İran vətəndaşı 2 kq-dan artıq narkotik vasitə keçirərkən sərhəddə saxlanıldı (FOTO)


Digərləri 13 Dek 2019 09:42:00 98 0

İran vətəndaşı 2 kq-dan artıq narkotik vasitə keçirərkən sərhəddə saxlanıldı (FOTO)

“Astara” sərhəd nəzarət məntəqəsində İrandan Azərbaycana keçirilən narkotik vasitə aşkarlanıb

Bakı. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə verilən məlumata görə, dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb. Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.